21 oktyabr 2023 at 16:52
Jurnalist kodu: 5487
Xəbər kodu: 85265984
T T
0 Persons

Tags

İranın Kəşfiyyat naziri: Sionist rejimi sərt və dağıdıcı intiqam gözləyir

Tehran - İRNA - Kəşfiyyat naziri deyib: “Amerika və sionist rejimi himayə edən hökumətlər bilməlidirlər ki, region xalqları, azadlıqsevərlər, dünyanın ədalət axtarışında olan və zülmlə mübarizə aparan xalqları onların himayəsini cavabsız qoymayacaqlar, onlar ilahi intiqamı və xalq tərəfindən onlardan alınacaq qisası gözləməlidirlər ki, bu da sərt, dağıdıcı, ölümcül və məhvedici qisasdır.”

Kəşfiyyat naziri deyib: “Dünyanın əksər ölkələrinin azadlıqsevərləri və ictimai rəyi bu gün Fələstin xalqının yanında olduğu bir vaxtda, Amerika prezidenti işğal olunmuş ərazilərə gəlir, bütün bu məzlum qanların üzərində addımlayır və sionist rejimi dəstəkləyir. Fələstinin məzlum, evlərindən didərgin salınmış və mülki əhalisi hər gün yaralar, zorakılıqlar, və dağıntılarla üzləşir. Hansı ki, bütün bunların mənşəyi Amerikadır. Odur ki, Amerika və sionist rejimi himayə edən bütün hökumətlər bilməlidirlər ki, region xalqları, azadlıqsevərlər, ədalət axtarışında olan və zülmlə mübarizə aparan dünya xalqları onların bu himayəsini cavabsız qoymayacaqlar, onlar ilahi intiqamı və xalqın onlardan alacağı qisası gözləməlidirlər ki, bu da, sionist rejim və onun havadarları üçün sərt, dağıdıcı, ölümcül və məhvedici qisas olacaq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .